9 noyabr 2014

Azərbaycanda ikinci Beynəlxalq Aşıq Festivalı keçiriləcək

Noyabrın 10-dan 18-dək Azərbaycanda Heydər Əliyev Fondunun dəstəyi ilə ikinci Beynəlxalq Aşıq Festivalı keçiriləcək. Festivalın əsas məqsədi aşıq sənətinin beynəlxalq aləmdə tanıdılması və təbliği, milli mədəniyyətimizin inkişafında aşıq sənətinin rolunun artırılması, Azərbaycan aşıqlarının və aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsidir.


Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə keçirəcəyi festivalda Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qırğızıstan və digər ölkələrdən də aşıqlar iştirak edəcəklər.


Beynəlxalq festivalın açılışı noyabrın 12-də Azərbaycan Dövlət Musiqili Teatrında olacaq. Həmçinin Yevlax, Gədəbəy, Şəmkir, Qazax, Tovuz və Ucar şəhərlərində festival iştirakçılarının çıxışlarının təşkili nəzərdə tutulub.


Paylaş: