Habil Əliyev adına uşaq musiqi məktəbi

  • Layihə
  • Foto


Ağdaş şəhərində tanınmış kaman ustası, Xalq artisti Habil Əliyevin adını daşıyan uşaq musiqi məktəbi Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub.


1937-ci ildən fəaliyyət göstərən Ağdaş musiqi məktəbinin əvvəlki binası müasir tələblərə uyğun gəlmədiyindən yeni binanın inşasına ciddi zərurət yaranmışdı. Bunu nəzərə alaraq müasir tələblərə uyğun maddi-texniki baza ilə təmin olunmuş yeni bina tikilmiş və 2009-cu il iyunun 20-də istifadəyə verilmişdir.


Üçmərtəbəli musiqi məktəbində 40 sinif otağı, 200 nəfərlik konsert zalı vardır. Məktəbdə tar, kamança, qarmon, piano və klarnet ixtisasları üzrə şöbələr fəaliyyət göstərir.


Məktəbə Heydər Əliyev Fondu tərəfindən musiqi alətləri, kitablar, tanınmış bəstəkarların və musiqiçilərin mahnıları yazılmış disklər, onların fotoşəkilləri də hədiyyə olunub.



01.jpg
02.JPG
03.JPG
04.jpg
05.JPG
06.JPG