Binə qəsəbəsində uşaq bağçası

  • Layihə
  • Foto


Xəzər rayonunun Binə qəsəbəsində yerləşən uşaq bağçası 1970-ci ildə tikilib. Yararsız vəziyyətdə olan bina Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulub. 2008-ci il mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bağçanın açılışında iştirak edib.

 

Bağça müxtəlif əyani vəsaitlərlə, müasir avadanlıqla təmin olunub. Bağçanın hovuzu, müxtəlif idman qurğuları ilə təmin olunmuş idman zalı var. Həyətdə müxtəlif attraksionlar quraşdırılıb, uşaqlar üçün avto-nəqliyyat meydançası yaradılıb. Bina yeni istilik, yanğın təhlükəsizliyi, videonəzarət sistemləri ilə təchiz edilib.

 

300 uşaq üçün nəzərdə tutulmuş bağçada məktəbəqədər hazırlıq qrupları da fəaliyyət göstərəcək.



789.jpg