Qala qəsəbəsində 63 nömrəli uşaq bağçası

  • Layihə
  • Foto


Xəzər rayonunun Qala qəsəbəsində yerləşən 63 nömrəli uşaq bağçası yararsız vəziyyətdə olduğundan Heydər Əliyev Fondunun təşəbbüsü ilə bağça üçün yeni bina tikilib. 2008-ci il oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bağçanın açılışında iştirak ediblər.

 

100 yerlik bağça müxtəlif əyani vəsaitlərlə, müasir avadanlıqla təmin olunub. Bağçanın həyətində müxtəlif attraksionlar quraşdırılıb, oyun meydançaları yaradılıb, dekorativ gül və ağac kolları əkilib. Bağçada videonəzarət sistemi quraşdırılıb. 



Paylaş:

0.jpg