Türkan qəsəbəsi 262 nömrəli orta məktəb

  • Layihə
  • Foto


Xəzər rayonunun Türkan qəsəbəsində 262 nömrəli orta məktəb Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində əsaslı təmir edilib. 15 sentyabr 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yenidənqurmadan sonra məktəbin açılışında iştirak edib. 

 

Üçmərtəbəli binada 42 sinif otağı, müasir avadanlıqla təchiz edilmiş fizika, kimya, kompüter və digər fənn otaqları, yeməkxana, idman zalı vardır. Məktəbin həyətində müasir idman meydançası yaradılıb. Məktəb 1176 yerlikdir. 



DSC_0212.JPG