Badamdar qəsəbəsi 236 nömrəli orta məktəb

  • Layihə
  • Foto


Bakının Səbail rayonunun Badamdar qəsəbəsində 236 nömrəli orta məktəb Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir olunub.


Məktəb 1966-cı ildə istifadəyə verilib və ötən illər ərzində heç vaxt əsaslı təmir olunmayıb. 2010-cu ilin mayında binada əsaslı yenidənqurma işlərinə başlanılıb. 2010-cu il sentyabrın 7-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yenidənqurmadan sonra məktəbin açılışında iştirak edib.


Ümumi sahəsi 4960 kvadratmetr olan məktəb üç mərtəbədən ibarətdir. Məktəbdə 31 sinif otağı, kimya, biologiya, fizika, hərbi hazırlıq və iki kompyuter kabineti, müxtəlif təyinatlı 11 otaq, kitabxana, 200 nəfərlik akt zalı, idman zalı vardır. 



01.jpg
02.jpg
03.jpg
04.jpg
05.jpg
06.jpg
07.jpg
08.jpg