Bakının Nəsimi rayonundakı 1 nömrəli körpələr evi Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilib. 2015-ci il mayın 10-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva körpələr evinin yenidənqurmadan sonra açılışında iştirak edib.
1930-cu ildə tikilmiş bina uzun illər təmir edilmədiyinə görə yararsız hala düşüb və ilk dəfə 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən təmir edilib.
Əsaslı təmir və yenidənqurma işlərinə 2014-cü ilin oktyabrında başlanılıb. Körpələr evinin binası tamamilə yenilənib, müasir havalandırma sistemi qurulub, su, qaz, işıq xətləri təzələnib, həyətyanı sahə abadlaşdırılıb. Körpələr evi müasir çarpayılar və oyuncaqlarla təmin edilib.