Ağdam rayonunun Evoğlu kəndində yerləşən körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilib. 2015-ci il oktyabrın 8-də bağça istifadəyə verilib.
İkimərtəbəli bağça 100 çarpayılıqdır. Müəssisə zəruri avadanlıqla təchiz olunub. Bağçanın həyətində attraksionlar quraşdırılıb, yaşıllıq zolaqları salınıb.