Bakının Nizami rayonundakı 3 nömrəli xüsusi təhsil məktəbində Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri aparılıb.
Məktəb binası 1958-ci ildə istifadəyə verilib. 2005-ci ilin fevral ayında məktəbdə əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. 2005-ci il mayın 10-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonra açılışında iştirak edib.
Məktəbdəki 184 uşaqdan 62-si fərdi təhsilə cəlb olunub. Burada əmək təlimi dərslərinə üstünlük verilir. Dülgərlik, xalçaçılıq, tikiş və s. dərnəklər uşaqların müxtəlif peşələrə yiyələnməsinə imkan verir.
Məktəb müasir avadanlıqla təchiz olunub.