Binə qəsəbəsində körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto

Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 343 nömrəli körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilib.

 

2016-cı il dekabrın 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

 

Binanın tikintisinə 2015-ci ildə başlanılıb. Tikinti işləri 2016-cı ilin avqust ayında tam yekunlaşıb.

 

İkimərtəbəli körpələr evi-uşaq bağçası 140 yerlikdir və 7 qrupdan ibarətdir. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, idman və musiqi zalları, yeməkxana yaradılıb.

 

Təhsil müəssisəsinin gözoxşayan həyəti, xüsusi istirahət guşələri var. Bağça müasir yanğından mühafizə və videomüşahidə sistemləri ilə təchiz edilib.



Paylaş:

009.JPG