Heydər Əliyev Fondu, İJSO (International Junior Science Olympiad) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dəstəyi ilə 2009-cu ildekabrın 3-dən 11-dək Bakıda VI Beynəlxalq Elm Olimpiadası keçirilib. Olimpiada 15 yaşlı yeniyetmələr arasında fizika, kimya və biologiya fənləri üzrə keçirilib. Olimpiadada 49 ölkədən 600-dən çox şagird və onların müəllimləri iştirak edib.
Azərbaycanın 30-dək tanınmış mütəxəssisinin iştirakı ilə yaradılmış Elm Komitəsi tərəfindən olimpiadanın fizika, kimya və biologiya fənləri üzrə test, nəzəri və eksperiment-təcrübə tapşırıqları hazırlanıb, 500-ə yaxın çalışma tərtib edilib.
Qeyd edək ki, Azərbaycan bu tədbirə ev sahibliyi edən ilk Avropa ölkəsidir.