Samux şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində körpələr evi-uşaq bağçası inşa olunub. 2017-ci il avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bağçanın açılış mərasimində iştirak edib.
İkimərtəbəli körpələr evi-uşaq bağçası 100 yerlikdir. Binanın ümumi sahəsi 1135 kvadratmetrdir. Müəssisə zəruri avadanlıqla təchiz edilib.
Bağçanın həyətində balacaların istirahəti üçün meydançalar salınıb, attraksionlar quraşdırılıb.