Mərdəkan qəsəbəsində “İnci” körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto
  • Video

Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən “İnci” körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində əsaslı təmir edilib.

 

Bağça 1987-ci ildən fəaliyyət göstərir. Burada təmir işlərinə 2016-cı ilin iyul ayında başlanılıb. 2018-ci il martın 5-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təhsil müəssisəsində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

 

Bağçada 12 qrup fəaliyyət göstərir. 2 yaşdan 6 yaşadək 230 uşağın təlim-tərbiyəsi ilə peşəkar heyət məşğul olacaq. Qruplardan 8-i Azərbaycan, 4-ü isə rus bölmələrinə aiddir. Burada dərnək kimi ingilis dili qrupu da var. Müəssisə zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Binada videomüşahidə, yanğınxəbərverici sistemlər quraşdırılıb.

 


Paylaş:

004.JPG
005.JPG