Səbail rayonunda 157 nömrəli uşaq bağçası

  • Layihə
  • Foto
  • Video

Bakının Səbail rayonunun Bayıl yaşayış sahəsində yerləşən 157 nömrəli uşaq bağçası Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində yenidən qurulub. 2018-ci il martın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təhsil müəssisəsinin açılış mərasimində iştirak edib.

 

Uşaq bağçasının ümumi sahəsi təxminən 2 min kvadratmetrdir. Bina üçmərtəbədən ibarətdir. 110 yerlik bağçada fəaliyyət göstərən 5 qrupun hər biri üçün geniş oyun və yataq otaqları və digər zəruri otaqlar, həmçinin musiqi və əyləncə zalları, tibb kabineti, müasir avadanlıqla təchiz olunmuş mətbəx və yeməkxana tikilib. Otaqlar və dəhlizlər uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib, qrup otaqları zəruri inventarla, mebel dəstləri ilə təchiz edilib. Binada müşahidə kameraları, yanğındanmühafizə sistemi quraşdırılıb.

 

Bağçanın yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müxtəlif çiçək və gül kolları, ağaclar əkilib.



004.JPG
005.JPG
006.JPG
007.JPG
008.JPG
009.JPG