İmişlidə körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto

İmişli rayonunda yerləşən körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilib. 2018-ci il oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsil müəssisəsinin açılışında iştirak edib.

 

Körpələr evi-uşaq bağçasının inşasına 2014-cü ilin oktyabrında başlanılıb. Tikinti işləri 2018-ci ilin iyulunda başa çatdırılıb.

 

İkimərtəbəli körpələr evi-uşaq bağçası 100 yerlikdir. Müəssisənin ümumi ərazisi 2900, tikintialtı sahəsi isə 576 kvadratmetrdir. Bağçada yataq, geyim, məşğələ, kompüter, musiqi və idman otaqları yaradılıb. Binada bufet, mətbəx və digər inzibati otaqlar da var. Bina istilik sistemi ilə təchiz olunub, fasiləsiz su təminatı üçün ərazidə yerləşən artezian quyusundan su xətləri çəkilib, müşahidə kameraları quraşdırılıb.

 

Körpələr evi-uşaq bağçasının həyətində də geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolağı salınıb. Burada balacaların vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif attraksionlar da quraşdırılıb.


5.JPG
6.JPG
7.JPG
8.JPG