Şamaxının Şəhriyar qəsəbəsində yerləşən 4 saylı körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı” çərçivəsində inşa olunub. 2019-cu il martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bağçanın açılışında iştirak ediblər.
Şamaxı şəhər 4 və 5 saylı körpələr evi-uşaq bağçaları ötən əsrin 30-40-cı illərində inşa edilmişdi və istismar müddətini başa vurmuş uyğunlaşdırılmış binalarda fəaliyyət göstərirdi. Tikintisi yekunlaşmış ikimərtəbəli binada yataq, yemək, istirahət, tibb otaqları, mətbəx və yeməkxana yaradılıb.
Təhsil müəssisəsi 100 yerlikdir.