Binəqədi rayonunda 141 saylı körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto


Bakının Binəqədi rayonunda yerləşən 141 saylı körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilib. 2019-cu il avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva təhsil müəssisəsinin açılış mərasimində iştirak ediblər.

 

İkimərtəbəli körpələr evi-uşaq bağçası 210 yerlikdir. Burada komplektləşdirilmiş qrup otaqları, mətbəx və yeməkxana, idman və musiqi zalları və digər otaqlar var. Məktəbəqədər təhsil müəssisəsində yeddisı Azərbaycan, dördü isə rusdilli bölmə olmaqla, ümumilikdə, 11 qrup fəaliyyət göstərir. Körpələr evi-uşaq bağçasında 2 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə 42 nəfərdən ibarət peşəkar heyət məşğul olur.

 

Bağçanın ərazisində abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb. Burada balacaların istirahəti üçün oyun və idman avadanlıqları da var. 



Paylaş:

10.JPG
11.JPG
12.JPG
13.JPG
14.JPG