Yasamal rayonunda 11 saylı körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto


Bakının Yasamal rayonunda yerləşən 11 saylı körpələr evi-uşaq bağçası üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni bina inşa olunub.

 

2018-ci ilin mayında müəssisənin 150 yerlik köhnə binası sökülərək yerində yeni binanın inşasına başlanılıb. 2019-cu il iyunun 13-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təhsil müəssisəsinin açılışında iştirak edib.

 

Bina ikimərtəbəlidir. Burada komplektləşdirilmiş qrup otaqları, mətbəx və yeməkxana, idman və musiqi zalları, həmçinin digər otaqlar var. Təhsil müəssisəsi zəruri avadanlıqla təchiz edilib.

 

Körpələr evi-uşaq bağçasının yerləşdiyi ərazidə və ətrafda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb. Burada balacaların istirahəti üçün oyun və idman avadanlığı da var. 



1.jpg
2.jpg
3.jpg
4.jpg
5.jpg
6.jpg
7.jpg
8.jpg