Şamaxı rayonunun Məlikçobanlı kəndində yerləşən Gülağa Ağayev adına tam orta məktəb üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni bina inşa olunub. 2019-cu il sentyabrın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva məktəbin açılışında iştirak ediblər.
Üçmərtəbəli bina 460 şagird yerlikdir. Təhsil müəssisəsi bütün inventar və avadanlıqlarla təchiz edilib. Ərazi yaşıllaşdırılıb.