Gəncə şəhərində Nizami Aydın adına 18 nömrəli tam orta məktəb

  • Layihə
  • Foto


Gəncə şəhərində yerləşən Nizami Aydın adına 18 nömrəli tam orta məktəb1965-ci ildən fəaliyyət göstərir. Heydər Əliyev Fondunun təşşəbbüsü ilə məktəbin köhnə binasında əsaslı təmir işləri və mövcud ehtiyac nəzərə alınaraq 280 yerlik yeni korpusun tikintisi həyata keçirilib.

 

1000 şagird yeri olan məktəb Azərbaycan və rus bölmələri üzrə fəaliyyət göstərir. Burada 51 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, əmək otağı, hərbi hazırlıq otağı, idman, akt zalları, kitabxana, müəllimlər otağı, eləcə də tibb otağı, mətbəx və yeməkxana var. Təhsil müəssisəsi zəruri inventar və avadanlıqlarla təchiz edilib. Həmçinin ərazidə süni ot örtüklü idman meydançası inşa edilib. Məktəb daimi istilik və su sistemi ilə təchiz olunub, əraziyə asfalt örtüyü salınıb, yaşıllıq zolağı yaradılıb.



1.jpg
2.JPG
5.JPG
6.jpg
10.jpg
12.jpg