Yasamal rayonunda Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi

  • Layihə
  • Foto


Bakının Yasamal rayonunda yerləşən Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub.

 

Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin yerləşdiyi bina 1904-cü ildə inşa edilib. Binanın memarlıq üslubu və fasadının ilkin görünüşü saxlanılmaqla Heydər Əliyev Fondu tərəfindən 2020-ci ildə əsaslı təmir olunub.

 

Məktəbdə fortepiano, skripka, gitara, klarnet, saksofon, vokal, xanəndə, tar, kamança, qarmon, nağara, rəssamlıq, xoreoqrafiya, nəzəriyyə və tədris köməkçi fənləri ixtisasları üzrə 385 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 78 müəllim məşğul olur. Məktəbin səs izolyasiyasına xüsusi diqqət yetirilən bütün tədris otaqları əyani vəsaitlərlə təmin olunub. İncəsənət məktəbinin ikimərtəbəli binasında 15 fərdi tədris otağı, nəzəriyyə otaqları, kitabxana, dərzi otağı, konfrans zalı, rəssamlıq otaqları, xoreoqrafiya zalı, yeməkxana və səsyazma studiyası fəaliyyət göstərir. Məktəbdə Vaqif Mustafazadə guşəsi yaradılıb. Vaqif Mustafazadənin şəxsi əşyalarının olduğu bu guşədən həm də tədris otağı kimi istifadə ediləcək.



Paylaş:

10.JPG
11.JPG
12.JPG
13.JPG
14.JPG
15.JPG
16.JPG
17.JPG
18.JPG
19.JPG
20.JPG