Bakının Xəzər rayonunun Zirə qəsəbəsinin Qışlaq yaşayış sahəsində yerləşən 2 saylı uşaq bağçası Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib.
Uşaq bağçasının inşasına 2019-cu ilin dekabrında başlanılıb, tikinti işləri 2020-ci ilin iyul ayında yekunlaşıb. Bir mərtəbədən ibarət bağçanın ümumi ərazisi 0.0894 hektardır. Bağçanın ərazisində yeraltı içməli su anbarı, nasosxana və qazanxana inşa edilib, bina daimi su, elektrik və istilik sistemləri ilə təmin edilib.
60 yerlik uşaq bağçasının binası 2 qrup otağından ibarətdir. Ərazidə oyun meydançası da var. Müəssisə zəruri avadanlıqla təchiz edilib.
Bağçanın həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, əraziyə daş örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib, işıqlandırma sistemləri quraşdırılıb. Bağça ətrafı yollar abadlaşdırılıb.