Şamaxı rayonunda Quşçu kənd körpələr evi–uşaq bağçası

  • Layihə
  • Foto


Şamaxı rayonunun Quşçu kəndində yerləşən körpələr evi–uşaq bağçası üçün Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa edilib.

 

Yeni uşaq bağçasının inşasına 2019-cu ildə başlanılıb və tikinti 2020-ci ilin avqustunda başa çatdırılıb.

 

40 yerlik körpələr evi–uşaq bağçasında yataq və oyun otaqları, idman və musiqi zalları, mətbəx, yeməkxana, ayrıca tibb korpusu, camaşırxana, digər inzibati və texniki otaqlar mövcuddur. Müəssisə zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib, uşaq əyləncə qurğuları, söhbətgahlar quraşdırılıb.


01.JPG
02.JPG
08.JPG
10.JPG
11.JPG