Ağstafa rayonunda A.Mustafayev adına Həsənsu kənd tam orta məktəbi

  • Layihə
  • Foto


Ağstafa rayonunda yerləşən A.Mustafayev adına Həsənsu kənd tam orta məktəbinin yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa olunub.

 

1930-cu ildə inşa olunmuş Həsənsu kənd tam orta məktəbinin binası ötən müddət ərzində fiziki cəhətdən köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən 420 şagird yerlik yeni məktəb binası inşa olunub.

 

Üçmərtəbəli məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları və açıq idman meydançası var. Təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz olunub. Həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.


1.JPG
2.JPG
4.JPG
5.JPG
6.JPG
7.JPG
12.JPG
13.JPG
14.JPG
19.JPG
20.JPG
22.JPG
23.JPG
24.JPG