Qəbələ rayonu Nic qəsəbəsi 2 nömrəli tam orta məktəb

  • Layihə
  • Foto


1930-cu ildə tikilmiş və uzun illər istifadədən sonra yararsız vəziyyətə düşmüş Qəbələ rayonu Nic qəsəbəsi 2 nömrəli tam orta məktəbi üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni bina inşa olunub. 2011-ci ilin aprel ayında məktəb binasının tikintisinə başlanılıb. 2011-ci il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəbin açılışını edib.


Bir hektar ərazidə inşa olunmuş dördmərtəbəli məktəb binasında 20 sinif otağı, iki laboratoriya və müxtəlif təyinatlı digər otaqlar vardır. Sinif otaqları müasir avadanlıq və ləvazimatla təmin olunub. İnformatika otağı tam kompyuterləşdirilib və sürətli internetlə təmin olunub. 200 nəfərlik akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Məktəbin ikinci mərtəbəsindəki kitabxanada beş mindən artıq ədəbiyyat toplanıb. İdman zalı lazımi avadanlıqla təchiz edilib. Bundan əlavə məktəbin həyətində futbol meydançası yaradılıb. 



001.JPG