Türkan qəsəbəsi 119 saylı məktəb

  • Layihə
  • Foto


Xəzər rayonu Türkan qəsəbəsi D. Cəbrayılov adına 119 saylı məktəb Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində əsaslı təmir olunub. 2011-ci il oktyabrın 19-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktəbin əsaslı təmirdən sonra açılışında iştirak edib.


550 yerlik məktəb binası 1966-cı ildə tikilib. Əlavə olaraq ibtidai sinif şagirdləri üçün tikilmiş 300 yerlik yeni korpusda isə 238 uşaq təhsil alır.


Məktəb yüksək keyfiyyətli avadanlıqla təchiz edilib. Məktəbə Fond tərəfindən 40 kompyuter hədiyyə edilib. Məktəbdə 18 min kitabın saxlanıldığı kitabxana, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 120 nəfərlik akt zalı, bufet vardır. Məktəb binası mərkəzləşdirilmiş kamera-nəzarət sistemi ilə təchiz olunub.



Paylaş:

001.JPG
004.JPG