İsmayıllı rayonunda yerləşən 4 saylı tam orta məktəbin yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa olunub.
1979-cu ildə inşa olunmuş məktəbin binası ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. 2023-cü ilin yanvar ayında tikinti işlərinə başlanılıb və sentyabrda təhsil ocağı istifadəyə verilib.
3 korpusdan ibarət təhsil müəssisəsi 280 şagird yerlikdir. Məktəb zəruri avadanlıq, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. İdman zalı ilə yanaşı, açıq idman meydançası da istifadəyə verilib. Həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.