Saatlı rayonunun Qaracalar kəndində yerləşən məktəb Heydər Əliyev Fondu tərəfindən inşa edilib.
Bina 360 şagird yerlikdir. Üçmərtəbəli və 2 korpuslu təhsil ocağı zəruri mebel və avadanlıqlarla təmin edilib, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz olunub, təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib.
Təhsil müəssisəsinin həyətyanı ərazisində abadlıq işləri görülüb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb.