Şamaxı rayonunda yerləşən Göylər kənd 1 saylı tam orta məktəbin yeni binası Heydər Əliyev Fondunun dəstəyilə inşa olunub.
1975-ci ildə inşa olunan məktəbin binası ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən 2023-cü ilin yanvar ayından tikinti işlərinə başlanılıb və sentyabr ayında yeni məktəb binası istifadəyə verilib.
624 şagird yerlik bina üç mərtəbəli 4 korpusdan ibarətdir. Burada zəngin kitabxana, müxtəlif tədbirlərin keçirilməsi üçün akt və idman zalları, həyətyanı ərazidə açıq idman meydançası var. Təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. Həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.