Qaradağ rayonunda yerləşən 286 saylı körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondu tərəfindən yenidən qurulub.
Bağça 1980-ci illərdə inşa olunub. Uzunmüddətli istismar nəticəsində binanın yükdaşıyan konstruksiyaları köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü.
Burada təmir-bərpa işləri həyata keçirilib və 120 yerlik yeni bina istifadəyə verilib.
Məktəbəqədər təhsil müəssisəsində uşaqlar üçün yataq və oyun otaqları, akt zalı, mətbəx, tibb otağı və digər inzibati və texniki otaqlar mövcuddur. Müəssisə zəruri mebel və avadanlıqlarla tam təchiz edilib.
Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, uşaq əyləncə qurğuları yaradılıb, qruplar üçün söhbətgahlar inşa edilib.