Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Vasif Hüseynov adına 2 nömrəli tam orta məktəbin yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa olunub.
Üç mərtəbəli, iki korpusdan ibarət məktəb binası 625 şagird yerlikdir. Burada sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb otaqları, texnologiya kabinetləri, müəllimlər otağı, texniki otaqlar, qarderob, kitabxana, yeməkxana, akt, idman və gimnastika zalları, açıq mini stadion – idman meydançası fəaliyyət göstərir. Təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla təchiz olunub, fənn kabinetləri və laboratoriyalar isə müasir əyani vəsaitlərlə təmin edilib. Həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.