Ucar şəhərində yerləşən 2 nömrəli tam orta məktəbin yeni binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib.
Təhsil müəssisəsinin 1958-1960-cı illərdə inşa olunan binası ötən müddət ərzində köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən 720 şagirdlik yeni məktəb binasının inşasına başlanılıb, tikinti işləri 2025-ci ilin dekabrında başa çatıb.
Üçmərtəbəli məktəb 5 korpusdan ibarətdir. Burada sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompüter, hərbi hazırlıq, tibb, əmək təlimi otaqları, kitabxana, bufet və yeməkxana, akt və idman zalları, açıq idman meydançası var. Təhsil ocağının fənn kabinetləri və laboratoriyaları zəruri mebel və avadanlıqla, əyani vasitələrlə təchiz edilib.
Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.