Şamaxı rayonunda yerləşən Avropa liseyinin yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa olunub.
Avropa liseyinin yerləşdiyi əvvəlki bina 1937-ci ildə inşa edilmişdi. Təhsil müəssisəsinin 1987-ci ildə yenidən qurulan binası isə ötən müddətdə istifadəyə yararsız hala düşdüyündən yeni lisey binası inşa olunub.
Üç və dördmərtəbəli 7 korpusdan ibarət təhsil müəssisəsi 1200 şagird yerlikdir. Lisey zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə təchiz edilib.
Burada 50-dən çox sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, informatika və STEAM, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası yaradılıb.