FOND-POLSHA-PIANOCU .jpg
10 may 2010

Heydər Əliyev Fondunun dəstəyi ilə polşalı pianoçu Stanislav Dea Lənkəran və Qəbələdə konsert və ustad dərsləri verib

Heydər Əliyev Fondu “Frederik Şopen ili” layihəsi çərçivəsində dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunan silsilə tədbirləri davam etdirir. 

 

Növbəti layihə çərçivəsində Polşanın Bakıdakı səfirliyinin dəstəyi ilə məşhur polşalı pianoçu Stanislav Dea Azərbaycanın bölgələrində səfərdə olmuşdur.

 

Avropanın tanınmış pianoçusu mayın 5-də Lənkəranda, mayın 7-də Qəbələdə geniş tamaşaçı auditoriyası qarşısında çıxış etmişdir. Stanislav Dea yerli musiqi məktəblərində ustad dərsləri keçmişdir. O, gənc musiqisevərlərə Şopenin əsərlərini ifa etməklə yanaşı, korifey sənətkarın yaradıcılığından geniş bəhs etmişdir.

 

Klassik musiqinin təbliğinə önəm verən Fondun dəstəyi ilə indiyədək Azərbaycan paytaxtında F.Şopenlə yanaşı, D.Şostakoviçin və M.Rostropoviçin yubiley gecələri təşkil olunmuşdur. Ənənəvi Beynəlxalq Rostropoviç festivalları, Qəbələ Beynəlxalq musiqi festivalı və piano müsabiqəsi gənc nəslin musiqi zövqünün formalaşmasına və hərtərəfli inkişafına xidmət edir. 


FOTO