03_fransa--azarbaycan-incasanat.jpg
2 fevral 2013

Miluz şəhərinin “Sin” teatrında Azərbaycan Dövlət Xalq İnstrumental Musiqi Ansamblının konserti təşkil olunub

Fevralın 2-də Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi əsasında Fransada keçirilən Azərbaycan günləri çərçivəsində Miluz şəhərinin “Sin” teatrında Azərbaycan Dövlət Xalq İnstrumental Musiqi Ansamblının konserti təşkil olunmuşdur.

 

Konsertdən əvvəl çıxış edən Miluz şəhərin meri Jan Rottner Cənubi Qafqazın inkişaf etmiş ölkəsini olan Azərbaycanın miluzluların tanımalarının əhəmiyyətini qeyd etmiş, iki ölkə arasında əməkdaşlığın inkişafında və xalqların yaxınlaşmasında belə mədəni tədbirlərin xüsusi rolunu diqqətə çatdırmış, bu günkü konsertdə səslənəcək muğamın UNESKO kimi nüfuzlu beynəlxalq təşkilatın qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini xatırlatmışdır.

 

Miluz və ətraf qəsəbələrin prezidenti, senator Jan-Mari Bokel sərgi və konsertin təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür etmiş, ölkəmiz ilə Fransa arasındakı əlaqələrin inkişafından məmnunluq hissi duyduğunu bildirmiş, səmimi və gözəl insanların yaşadığı Azərbaycanın dinamik inkişaf etdiyini, yeraltı və yerüstü sərvətlərlə zəngin olduğunu diqqətə çatdırmışdır.


Senator ölkəmizn Avropa Şurasının tamhüquqlu üzv olduğunu və bu təşkilatda Azərbaycanı təmsil edən həmkarlarının xüsusi fəallıq göstərdiyini xatırlatmışdır.


J.M. Bokel tarixi ənələrlə zəngin olan Azərbaycanda son vaxtlar inkişaf istiqamətində mühüm dəyişiliklərin həyata keçirildiyini, dünya mədəniyyətinə öz töhfəsini verdiyini bildirmişdir.

 

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Heydər Əliyev Fondunun təşkilatçılığı və səfirliyin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi əsasında Azərbaycan günlərinin artıq Fransanın bir neçə şəhərində keçirildiyini xüsusi vurğulamış, miluzluların qonaqpərvərliyinin onda xoş təəssürat yaratdığını, qədim İpək yolu üzərində yerləşən ölkəmizin Şərq ilə Qərb arasında körpü rolu oynadığnı bəyan etmişdir.

 

Azərbaycanda müxtəlif millətlərin nümayəndələrinin mehriban və əmin-əmanlıq şəraitində yaşadığını xatırladan səfir onların mədəniyyətinə, dilini və dininə dövlətimiz tərəfindən göstərilən diqqətin başqa ölkələr üçün əsl nümunə olduğunu vurğulamışdır. Azərbaycanın, qədim tarixə malik olan zəngin mədəniyyəti vardır. Şərq dünyasında ilk opera və balet məhz Azərbaycanda yaranmışdır.

 

Səfir demişdir ki, bu günkü konsertdə səslənəcək muğam musiqisi Azərbaycan xalqının milli yaradıcılıq ənənlərinə sadiqliyindən xəbər verir.

 

Konsertdə Azərbaycan incəsənət ustalarının ifasında xalq musiqisi və bəstəkarların əsərləri səslənmişdir.

 

Konsertdə Miluz şəhərinin rəsmləri, ictimaiyyətinin nümayəndələri və diasporun təmsiçiləri iştirak etmişlər.


FOTO