0_fransa-azerbaycan-muqami-konsert.jpg
9 fevral 2013

Fransanın Lion şəhərində Azərbaycan muğamı gecəsi keçirilib

Fevralın 9-da Parisdə fəaliyyət göstərən “Azərbaycan evi” Fransanın Lion şəhərində ilk muğam gecəsi təşkil edib. Gecə III Beynəlxalq Muğam Festivalı çərçivəsində Heydər Əliyev Fondu və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə təşkil olunub.


Tədbiri açan “Azərbaycan evi”nin sədri Mirvari Fətəliyeva dinləyicilərə ölkəmizin zəngin mədəniyyəti, xalq yaradıcılığının məhsulu olan muğam musiqi janrı, eyni zamanda, təşkilat barəsində məlumat verib.


Gənc muğam ifaçıları Nigar Şabanova və Elnur Zeynalov muğamlar və təsniflər səsləndiriblər.


Onları musiqi alətlərində Rövşən Qurbanov, Ceyhun Muradov, Kamran Kərimov, Çinarə Mütəllibova və Coşqun Sadıqov müşayiət ediblər.


Konsertə Lion şəhərindən, eləcə də Fransanın Vien, Marsel, Annesi kimi şəhərlərindən gəlmiş tamaşaçılar qatılıblar.