aqupdk-azarbaycan-ailasi-film-festivali.jpg
18 fevral 2013

Bakıda “Azərbaycan ailəsi” beşinci film festivalı başlayıb

Fevralın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) “Azərbaycan ailəsi” beşinci film festivalının açılış mərasimi keçirilib.


Festival Heydər Əliyev Fondu, AQUPDK və BMT-nin Əhali Fondunun birgə layihəsidir. 


Müsabiqənin məqsədi ictimaiyyətin diqqət və səylərini ailənin cəmiyyətdəki statusunu qaldırmağa yönəltmək, ailənin tərbiyəvi funksiyasının gücləndirilməsinə əlverişli şərait yaratmaq, ailə dəyərlərinə marağı artırmaq, gənc ailələrdə yüksək mənəvi dəyərlərin aşılanması və ölkədə maarifləndirmə işlərinin aparılmasıdır.


Təqdim edilən filmlərin mövzusu müsabiqənin ideya və məqsədinə uyğun olmaqla yanaşı, bədii, sənədli, animasiya filmləri, televiziya proqramları və sosial çarxlar şəklində qəbul edilir.


Festival “Ən yaxşı film”, “Ən yaxşı televiziya proqramı”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı xarici film” nominasiyaları üzrə keçirilir.


İşlər doldurulmuş anketlə birlikdə aprelin 22-dək təşkilat komitəsinə təqdim edilməlidir.