respublika-mugam-musabiqasi-qala-konsert.jpg
20 fevral 2013

Bakıda III Respublika muğam müsabiqəsi qaliblərinin qala-konserti olub

Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Təhsil Nazirliyinin və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə fevralın 11-dən 15-dək Beynəlxalq Muğam Mərkəzində III Respublika muğam müsabiqəsi keçirilib.


Seçim turlarından keçən iştirakçılara martda Bakıda keçiriləcək “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalında iştirak etmək hüququ verilib.


Fevralın 20-də Beynəlxalq Muğam Mərkəzində müsabiqənin qaliblərinin qala-konserti olub.


Tədbirdə bildirilib ki, ölkədə muğam musiqisinin inkişafı və təbliği sahəsində böyük addımlar atılır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mədəniyyət siyasətinin bu gün uğurla davam etdirildiyi, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən muğam musiqimizin dünyada tanıdılması istiqamətində böyük işlər görüldüyü vurğulanıb.


Qaliblər diplom və mükafatlarla təltif olunublar.


Daha sonra qaliblərin qala-konserti olub.