01_muqam-festivali-yekun.jpg
19 mart 2013

“Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalının təntənəli bağlanış mərasimi keçirilib

Martın 9-dan 19-dək Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı keçirilib.


Festival çərçivəsində elmi simpozium, gənc  ifaçıların muğam müsabiqəsi, paytaxtda və bölgələrdə konsertlər təşkil edilib.

 

Martın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalının təntənəli bağlanış mərasimi olub.

 

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və festivalın bədii rəhbəri, Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə çıxış edərək iştirakçıları Novruz bayramı münasibətilə təbrik ediblər.

 

Azərbaycanda on gün davam edən “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalının təkcə ölkəmizdə deyil, sərhədlərimizin hüdudlarından kənarda da böyük əks-səda doğurduğu qeyd olunub.

 

Sonra muğam müsabiqəsinin qalibləri mükafatlandırılıblar.