25_heydar-aliyev-fondu--fransa-bordo-qafqazin-mirvarisi-.jpg
27 aprel 2013

Fransanın Bordo şəhərində Azərbaycan günləri ilə bağlı tədbir keçirilib

Azərbaycanı Fransada tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi çərçivəsində bu ölkədə keçirilən Azərbaycan günləri ilə bağlı növbəti tədbir aprelin 27-də Bordo şəhərində keçirilib.


Sərginin açılışında Bordo şəhər merinin birinci müavini Didye Kazabon, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Heydər Əliyev Fondunun Azərbaycanı Fransanın regionlarında tanıtmaq məqsədi ilə həyata keçirdiyi bu layihəni yüksək qiymətləndiriblər. Onlar Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban Əliyevaya bu uğurlu təşəbbüsə görə minnətdarlıqlarını bildiriblər.


Tədbir çərçivəsində Bordonun dünyada məşhur olan Femina teatrında Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri Fuad İbrahimovun dirijorluğu ilə çıxış edib.


FOTO