11.gif
7 iyul 2013

Kann şəhərində “Arşın mal alan” filmi nümayiş etdirilib və Azərbaycan incəsənət ustalarının konserti olub

İyulun 7-də Fransanın Kann şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində 1945-ci ildə lentə alınmış “Arşın mal alan” filmi nümayiş etdirilib. Dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılan və Azərbaycan kino tarixinin qızıl fondunu təşkil edən bu film ilk növbədə XX əsrin əvvəlindəki Bakının koloritini tamaşaçıya dolğun şəkildə çatdırmaq baxımından nadir sənət nümunəsi hesab olunur.


Film Kann tamaşaçılarına fransız dilində alt yazısı ilə çatdırılıb.


Filmin nümayişindən sonra Kann şəhərinin La Kruazet bulvarında “Natiq” ritm qrupunun və Azərbaycan Dövlət rəqs ansamblının konserti olub. Konserti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri də izləyiblər.


“Natiq” ritm qrupunun üzvləri konsertdə ən məşhur kompozisiyalarını səsləndiriblər.


Azərbaycan Dövlət rəqs ansamblının çıxışı da konsert keçirilən axşama xüsusi ovqat qatıb.


Kannda 4 gün davam edən Azərbaycan mədəniyyəti günlərinə bu konsertlə yekun vurulub.


FOTO