05_yarat_home-sweet-home-.jpg
19 sentyabr 2013

Bakıda Heydər Əliyev Fondunun və “YARAT!” Müasir İncəsənət Məkanının birgə hazırladıqları “Home, sweet home” sərgisi açılıb

Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun və “YARAT!” Müasir İncəsənət Məkanının birgə hazırladıqları “Home, sweet home” (“Ev, doğma ev”) sərgisi açılıb.


“YARAT!” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova sərgi haqqında məlumat verərək bildirib ki, Heydər Əliyev Fondu və “YARAT!” Müasir İncəsənət Məkanı tərəfindən birgə hazırlanmış bu sərgi ilk dəfə bu ilin yazında Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində nümayiş etdirilib. İndi həmin, lakin müəyyən dəyişikliklərə uğramış və əlavə eksponatları əhatə edən sərgi Bakıda təşkil olunur.


Sərgidə “ev” mövzusu ilə əlaqəli olan rəngkarlıq, fotoşəkil, instalyasiya və heykəltəraşlıq işləri nümayiş etdirilir.


Sərgi eksponatları sırasında Faiq Əhməd, Faiq Əkbərov, Təhmin Əli, Çingiz Babayev, Rəşad Babayev, Rasim Babayev, Əli Həsənov, Ramal Kazımov, Aida Mahmudova, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, Fidan Seyidova, Sənan Ələsgərov və Rəşad Ələkbərov tərəfindən yaradılmış əsərlər var.


Sərgi oktyabrın 10-dək davam edəcək.


FOTO