DSC_1795.jpg
21 yanvar 2014

Gəncədə Nizami Gəncəvi Muzeyi açılıb

Yanvarın 21-də Gəncədə Nizami Gəncəvi Muzeyinin açılışı olub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş muzeyin açılışında iştirak edib.

 

Dövlət başçısı muzeydə yaradılan şəraitlə tanış oldu. Muzeydə Heydər Əliyev və Nizami Gəncəvi guşələri yaradılıb, şairin həyat və yaradıcılığını əks etdirən monitor quraşdırılıb. Elmi tədqiqat şöbəsində elmi araşdırmalar üçün hər cür şərait var. Muzeydə dahi mütəfəkkirin həyat və yaradıcılığı haqqında geniş məlumatlarla zəngin elektron məlumat köşkü də quraşdırılıb. Nizami Gəncəvinin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzeydə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Nizami Gəncəvinin yubileylərinin keçirilməsi, məqbərəsinin bərpa edilməsi, əsərlərinin tərcümə və tədqiq olunması ilə bağlı sərəncam və qərarları sərgilənir. Burada dahi şairin 800, 840 illik yubileyləri münasibətilə nəşr olunan kitab və monoqrafiyalar da nümayiş olunur.

 

Muzeydə elmi tədbirlər üçün nəzərdə tutulmuş konfrans zalı, qonaqlar və turistlər üçün istirahət guşələri yaradılıb.


FOTO

VİDEO