10 fevral 2014

Ciammarko Palmieri Roma katakombalarının bərpasına göstərdiyi köməyə görə Azərbaycan hökumətinə və Heydər Əliyev Fonduna minnətdarlıq edib

Roma katakombalarının bərpasına göstərdiyi köməyə görə Azərbaycan hökumətinə və Heydər Əliyev Fonduna minnətdarlıq.

 

Bu sözləri Roma şəhər bələdiyyəsinin V bölgəsinin başçısı Ciammarko Palmieri İtaliyanın “Roma notizie” xəbər portalında yerləşdirilən müsahibəsində deyib.

 

Müqəddəs Roma katakombalarının apreldən etibarən zəvvarların və turistlərin üzünə açıq elan olunacağını diqqətə çatdıran Ciammarko Palmieri bu hadisənin şəhər üçün tarixi əhəmiyyət kəsb etdiyini bildirib. “Katakombaların bərpası heç şübhəsiz Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutub” – deyən Palmierinin sözlərinə görə, bu təşəbbüs bərpa prosesinin həyata keçirilməsi zamanı yaranmış bütün maneələri aradan qaldırıb, Roma Papasının Müqəddəs Arxeologiya üzrə Şurasının müvafiq istiqamətdə işinə mühüm töhfə verib.