1398447108.jpg
25 aprel 2014

Müasir İncəsənət Muzeyində “Kapri Trend. Kapri-İtaliyadan səyyar fotosərgi” adlı italyan sərgisi açılıb

Aprelin 25-də Müasir İncəsənət Muzeyində “Kapri Trend. Kapri-İtaliyadan səyyar fotosərgi” adlı italyan sərgisi açılıb.

 

Sərgi Kapri Fondunun Heydər Əliyev Fondu və Müasir İncəsənət Muzeyi ilə əməkdaşlığı çərçivəsində təşkil edilib.

 

Kapri Fondu 2009-cu ildə sahibkarlar qrupu və yerli hökumət orqanları tərəfindən Kapri adasının inkişafı məqsədilə yaradılıb.

 

Tədbirdə çıxış edən Kapri Fondunun prezidenti Gionfranko Morqano sərginin təşkilində əməyi olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

 

Sərgidə məşhur italyan fotoqrafları Ferdinando Skianna, Olivo Barbyeri, Mauritsio Qalimberti, Françesko Codise və İrene Kunin 30-a yaxın əsərləri nümayiş olunur.

 

Kapri Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunan sərgisi 5 müxtəlif ölkədə keçiriləcək.

 

Sərgi mayın 31-dək davam edəcək.


FOTO