İsrailin Neşer şəhərində “Azərbaycan – tolerantlıq məkanı” adlı fotosərgi keçirilib.
Sərgi Heydər Əliyev Fondu və Milli Tolerantlıq Mərkəzinin dəstəyi ilə İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən təşkil olunub.
Fotosərginin açılışında İsrailin miqrasiya naziri, Azərbaycandan getmiş Emin Çaykovskiy, Neşerdən olan deputat Qeorqiy Qerşkoviç və digərləri çıxış ediblər.
Sonra “Azərbaycan – israilli jurnalistlərin gözü ilə” sənədli filmi nümayiş etdirilib və tədbir Qafqaz musiqiçilərinin ifasında konsert proqramı ilə yekunlaşıb.