1399909456.JPG
12 may 2014

Bakıda VII Beynəlxalq Mstislav Rostropoviç festivalı başlayıb

Mayın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında VII Beynəlxalq Mstislav Rostropoviç festivalının açılışı olub.

 

Festival Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və M.L.Rostropoviç Mədəniyyət və Humanitar Proqramlar Fondunun birgə təşkilatçılığı ilə keçirilir.

 

Mayın 18-dək davam edəcək festivalın bədii rəhbəri dünya şöhrətli musiqiçinin qızı Olqa Rostropoviçdir.

 

Açılış mərasimində Xalq Artisti Rauf Abdulayevin bədii rəhbərliyi və dirijorluğu altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Xalq Artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış ediblər.

 

2007-ci ildən Bakıda keçirilən festivalda dünyanın görkəmli musiqiçiləri və kollektivləri iştirak edirlər.


FOTO