1400433766.JPG
18 may 2014

Bakıda VII Beynəlxalq Mstislav Rostropoviç festivalı başa çatıb

Mayın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında VII Beynəlxalq Mstislav Rostropoviç festivalının təntənəli bağlanış mərasimi olub. Festival Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə keçirilib. Festivalın bədii rəhbəri Olqa Rostropoviç idi.

 

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, görkəmli ictimai xadimlər, tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

 

Festivala müxtəlif ölkələrdən dünya şöhrətli musiqiçilər və kollektivlər - Sankt-Peterburq Akademik Simfonik Orkestri, Monte-Karlo Simfonik Orkestri, Qalina Vişnevskayanın Opera İfası Mərkəzinin solistləri, dirijor Yuri Temirkanov, pianoçular Boris Berezovski və Denis Kojuxin, skripkaçılar Loran Korsia və Sergey Doqadin də qatılıblar.

 

Festival Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışı ilə tamamlanıb. Orkestrə Gintaras Rinyakçivus dirijorluq edib, solist kimi isə səhnəyə David Gerinqas (violonçel) çıxıb.