15379634573427760340_1000x669.jpg
26 sentyabr 2018

Bakıda IX “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilir

Bakıda IX “Qız Qalası” Beynəlxalq İncəsənət Festivalı keçirilir. Sentyabrın 29-dək davam edəcək festivalda 17 rəssam dahi Azərbaycan şairi Nəsiminin əsərləri əsasında çəkilən səhnələrlə Qız Qalası maketləri bəzəyəcəklər. Hər bir tamamlanmış heykəl xüsusi rəsm üslubunu və hər bir rəssamın dekorasiyasını nümayiş etdirəcək.

 

Daha sonra bu müəllif işləri dünyanın müxtəlif ölkələrində nümayiş olunacaq, Qız qalasının təbliğində əhəmiyyətli vasitəyə çevriləcək. Festivalın təşkilatçıları diqqəti həm də ətraf mühitin mühafizəsi məsələsinə cəlb etməyə qərar veriblər.

 

Festivalın keçirilməsində məqsəd dünyanın müxtəlif yerlərindən gələn turistlər, qonaqlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətinin tanıdılması, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdən ibarətdir.