Aprelin 22-də M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında X Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılış mərasimi olub.
Mədəniyyət naziri Əbülfəs Qarayev açılış mərasimində çıxış edib.
Sonra Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı ilə festivala start verilib.
İkihissəli konsertdə dünya şöhrətli bəstəkarlar Lüdviq Betxoven, Pyotr Çaykovski və Yohannes Bramsın əsərləri səsləndirilib.